"Qarabağ"ın yeni transferi odur
    • 13-01-2022, 12:10
    • 389

"Qarabağ"ın yeni transferi odur

“Qarabağ” FK Leandro Andrade ilə müqavilə imzalayıb.

News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib.

22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade komandamızda 15 nömrəli formada çıxış edəcək.