-
- 13-01-2022, 17:42
- 563
Əli Əsədov Qazaxıstanın yeni baş naziri ilə danışdı - YENİLƏNDİ
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.
Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.
Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.
Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.
***16:48
Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.
Baş nazir Qazaxıstan xalqının çətin dönəmdə dəstəklədiyini bildirib.