Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı
    • 14-01-2022, 09:39
    • 318

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.