-
- 14-01-2022, 15:02
- 470
Uşağı döyən "tərbiyəçi"nin xərçəng xəstəsi olduğu MƏLUM OLDU
“Bu hadisəni kim yaxşı qəbul edə bilər ki? Tərbiyəçi öz bacısı oğluna qarşı şiddət tətbiq edib. 40 ildir tərbiyəçi işləyir. 60-a yaxın yaşı var. Həmişə də yaxşı tərbiyəçi olub. Bütün rayon onu tərifləyib. Həmin tərbiyəçi həm də xərçəng xəstəsidir. Hadisə olub, o da cəzasını alıb”.
Bu sözləri News24.az-a açıqlamasında İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev deyib.
Şöbə müdiri bildirib ki, şiddət görən uşaq müayinə edilib və psixoloqla görüşüb: “Bütün zəruri prosesləri icra etmişik. Onu da qeyd edim ki, biz bağçaları yeni öhdəliyimizə götürmüşük. Hələ onlarla işləmirik. İnvertarları qəbul edirik. İnşallah Təhsil Nazirliyinə bütünlüklə təhvil veriləndən sonra, orada təlim-tərbiyənin təşkilini yaradacağıq”.
R.Əliyev həmçinin sosial şəbəkələrdə yayılan həmin bağçada tərbiyə alan digər uşaqların fotolarının da şiddət tətbiq edildikdən sonra çəkilməsinə münasibət bildirib: “Heç kim uşağın üzünə baxaraq onun şiddətə məruz qaldığını deyə bilməz. Bəlkə belə bir şey yoxdur. O zaman bunun günahı kimin boynunda olacaq? Hamımız ölüb gedəcəyik. O vaxt bütün bu işlər üçün cavab verəcəyik. Həmin uşağı görəndə təbii ki, ürəyimiz ağrıyır. Bu videonu çəkib yayan adam da yaxşı edib. Belə halları çəkib ictimailəşdirmək lazımdır ki, belələri cəzasını alsınlar”.