-
- 3-10-2018, 11:32
- 1 068
Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - VİDEO
Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.
Araşdırma aparılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub. Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.
Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
//oxu.az