Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini Azərbaycana səfərə dəvət edib.
Dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.
“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan Prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb./Report/
01:36