Hazırda paytaxt yollarındakı VƏZİYYƏT
    • 24-02-2021, 17:35
    • 401

Hazırda paytaxt yollarındakı VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əsas avtomobil yollarının saat 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb. 

News24.az xəbər verir ki, məlumata əsasən, yollarda vəziyyət aşağıdakı kimidir:
 
S/
s
Yolun adı (istiqamətlə)Mövcud vəziyyəti
1Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədiHal-hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
2Giləzi - XızıHal-hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.
 
3Bakı - QobustanZəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
4Qobustan - Şamaxı - MuğanlıQar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
5Muğanlı - Ağsu - YevlaxZəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
6Bakı - Ələt - HacıqabulYağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
7Hacıqabul - Ucar - YevlaxZəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
8Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədiYolun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
9Muğanlı - İsmayıllıZəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
10İsmayıllı - Qəbələ - Oğuz- ŞəkiMarşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
 
11Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədZəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
12Yevlax – Şəki (Göybulaq)Zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
13Gəncə - Daşkəsən - XoşbulaqZəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
14Şəmkir - GədəbəyGədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
15Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədiMasallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
 
16Masallı – YardımlıMasallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
17Lənkəran – LerikLənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir
.
18Hacıqabul – Bəhramtəpə – HoradizYolun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.