“Azərsu-Tikinti” xəstəxanasının həkimləri ETİRAZ ETDİLƏR - VİDEO
    • 17-01-2022, 17:25
    • 660

“Azərsu-Tikinti” xəstəxanasının həkimləri ETİRAZ ETDİLƏR - VİDEO

“Azərsu-Tikinti” xəstəxanasının işçiləri video-müraciət yayaraq xəstəxananın bağlanmasına etiraz ediblər.

News24.az xəbər verir ki, “Azərsu-Tikinti” xəstəxanasının işçiləri  xəstəxananın bağlanacağından və gələcək aqibətlərindən narahat olduqlarını bildiribər.

2021-ci ilin iyun ayında fəaliyyətə başlayan və özündə dörd tibb müəssisəsini, o cümlədən “Azərsu-Tikinti” xəstəxanasını birləşdirən “Nizami Tibb Mərkəzi”ndən bildirilib ki, hemodializ şöbəsi yerində saxlanmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis, o cümlədən 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirəcək.

Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.

Görüntüləri təqdim edirik: