Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yandı
    • 17-01-2022, 17:51
    • 334

Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yandı

Tərtərdə mağaza, Şabranda isə quşçuluq sexi yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 100 m² olan birmərtəbəli mağazanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran şəhərində isə ümumi sahəsi 1650 m² olan birmərtəbəli quşçuluq sexinin içərisində yerə səpilən taxta yonqarı 450 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.