Bakıda tikiş sexi yandı
    • 30-03-2021, 18:02
    • 377

Bakıda tikiş sexi yandı

Bakıda tikiş sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə,  Xəzər rayonunda ümumi sahəsi 400 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli tikiş sexinin yanar konstruksiyaları 40 m² sahədə və içərisində 2 ədəd dəzgahın yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.