Bakıda itkin düşən 21 yaşlı qız tapıldı
    • 17-01-2022, 18:38
    • 507

Bakıda itkin düşən 21 yaşlı qız tapıldı

Bakıda itkin düşən 21 yaşlı qız tapılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən bildirilib. 

Məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib. 

Xatırladaq ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmamışdı.