DİN-in general-mayoru təqaüdə göndərildi
    • 17-01-2022, 18:51
    • 545

DİN-in general-mayoru təqaüdə göndərildi

Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı. /Report/