Bakıda gecə saat 4-ün yarısı işə gedən qadına qarşı İYRƏNC HƏRƏKƏT
    • 20-01-2022, 12:15
    • 810

Bakıda gecə saat 4-ün yarısı işə gedən qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda oğurluq və quldurluq etmiş Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Teymur Mirzəyevə hökm oxunub.

News24.az-ın məlumatına görə, əvvəllər soyğunçuluğa görə həbs edilmiş və 6 il həbsdə qalmış şəxs Binə qəsəbəsində evlərdən birində xeyli miqdarda dəyəri olan əşyaları oğurlayıb. Daha sonra Teymur Mirzəyev 2021-ci ilin avqust ayının 27-də əvvəllər məhkum olunmuş Teymur Mirzəyev Binə qəsəbəsində gecə saat 03:30 radələrində Al Marketin yaxınlığındakı dayanacaqda avtobus gözləyən qadına hücum edib və ona xəsarətlər yetirərək əl çantasını oğurlayıb.

Belə ki, gecə saatlarında Zirə qəsəbəsində işlədiyi istixanaya getmək üçün yola çıxan və servis avtobusunu gözləyən qadın qəfil hücuma məruz qalıb. Teymur onun əl çantasını dartaraq qaçıb. Bu zaman çantadak pul qabı yerə düşüb və qadın pulqabısını götürüb. Qadının pulqabını götürdüyünü görən T.Mirzəyev geri qayıdaraq ona zərbələr endirib, yerdə sürüyərək pulqabını da alıb və qaçaraq uzaqlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Teymur Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.