-
- 20-01-2022, 16:56
- 782
Qürur və kədərin vəhdət günü: 20 Yanvar - FOTO/VİDEO
Bu gün Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi qeydə alınan 1990-cı il 20 Yanvar hadisələrinin 32-ci ildönümüdür.
News24.az xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu qoşunlarını fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridərək dinc əhalini müxtəlif növ silahlardan atəşə məruz qoyub.
Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb. Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub və yaralanıblar. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdü.
Hər il olduğu kimi bu il də rəsmi şəxslər, sıravi vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət ediblər. Ziyarətçilər şəhidlərin məzarı önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar. Havanın soyuq olması isə şəhidləri yad etməyə heç bir əngəl törətməyib.
Biz isə öz növbəmizdə qanlı faciə ilə bağlı vətəndaşlarımızın fikirlərini öyrəndik.
Reportajı təqdim edirik:
Video: Nicat Niftəliyev