Gəncədə kirayəşin oğlan evində qaldığı qadına ŞOK YAŞATDI
    • 21-01-2022, 16:33
    • 1 326

Gəncədə kirayəşin oğlan evində qaldığı qadına ŞOK YAŞATDI

Gəncədə oğurluq etmiş 1989-cu il təvəllüdlü Pərviz Rüstəmov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsində keçirilən iclasda məlum olub ki, Pərviz atası Mübarizlə birlikdə Gəncə şəhərində Tamara adlı qadına məxsus evdə kirayə qalıb. Bu müddətdə pensiya kartının kodunu unudan ev sahibi Pərvizlə birlikdə banka gedib və kartın kodunu dəyişdirib. Bankda olarkən Pərviz kodu eşidib və yadında saxlayıb. Bundan bir müddət keçdikdən sonra isə Pərviz yoxa çıxıb, eyni zamanda Tamaranın pensiya kartı da itib. Axtarışlar nəticə vermədiyindən şübhələr Pərvizin üzərində cəmləib və onun barəsində polisə müraciət edilib.

Araşdırmalar zamanı məlum olub ki, Pərviz Tamaranın otağından kartı götürərək evdən çıxıb və Gəncənin mərkəzində bankomatdan 353 manat çıxararaq öz əyləncəsinə xərcləyib. Daha sonra axtarılacağını anlayaraq Bakıya gedib.

Məhkəmə Pərviz Rüstəmovu Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilib.

Pərvizin evli olması, ilk dəfə cinayət törətməsi, dəymiş ziyanı ödəməsi, bu hadisəyə görə istintaq müddətində 3 ay 20 gün həbsdə saxlanılması və sair nəzərə alınaraq o, 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və məhkəmə zalından azadlığa buraxılıb. Ona elektron nəzarət cihazı taxılıb.