Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı
    • 22-01-2022, 11:00
    • 303

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı

Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

News24.az xəbər verir ki, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.