Ötən il 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb
    • 24-01-2022, 10:47
    • 383

Ötən il 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb

"2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb".

News24.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

"Bunlardan 24 şəxs barəsində 17 iş - qəsdən adamöldürmə faktları ilə bağlı olub. İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib".