Bakının mərkəzində azyaşlı qızlara qarşı ƏXLAQSIZLIQ
    • 10-12-2019, 11:30
    • 1 222

Bakının mərkəzində azyaşlı qızlara qarşı ƏXLAQSIZLIQ

Bakıda azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsində Füzuli Dadaşov barəsində Cinayət Məcəlləsinin 153.2-ci, yəni, Əxlaqsız hərəkətlər - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsilə cinayət işi açılıb. İş üzrə iki azyaşlı qız zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və materiallar baxılması üçün Səbai Rayonb Məhkəməsinə göndərilib. İşə hakim Anar Tanrıverdiyevin sədrliyi iə baxılacaq.

Məhkəmənin hazırlıq iclası 19 dekabr tarixinə təyin edilib.