Görmə pozuntusu olan şəxslərin pedaqoji fəaliyyətinə icazə verildi
    • 24-01-2022, 10:51
    • 807

Görmə pozuntusu olan şəxslərin pedaqoji fəaliyyətinə icazə verildi

Binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyəti təmin olunub.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin xüsusi təhsil müəssisələri istisna olmaqla, pedaqoji fəaliyyətlə məşğul olmaları qadağan olunurdu.

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mədəniyyət, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən birgə hazırlanmış və Nazirlər Kabinetinin 20.01.2022-ci il tarixində təsdiq olunmuş 23 nömrəli Qərarına əsasən adıçəkilən xəstəlikləri olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib.