Bu ölkədə hərbi qiyam başladı - Prezidentin ailəsi...
    • 24-01-2022, 11:19
    • 391

Bu ölkədə hərbi qiyam başladı - Prezidentin ailəsi...

Burkina-Faso prezidenti Roş Mark Kaborenin ailəsi hərbi qiyam xəbərləri fonunda ölkəni tərk edib.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər prezidentin istefasını tələb edib.

Prezidentin jandarm qüvvələrinin himayəsində olduğu iddia edilir.

Şahidlərin "Associated Press" agentliyinə verdiyi məlumata görə, bazar günü axşam paytaxt Uaqduquda prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd edək ki, Burkina Faso prezidenti fərmanla bütün ölkə ərazisində “sonrakı xəbərdarlığa qədər” komendant saatı tətbiq edib. Məhdudiyyətlər 20.00-dan 5.30-a qədər qüvvədədir.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) regional bloku hərbçiləri respublika mövqeyini qorumağa və hakimiyyətlə dialoqu davam etdirməyə çağırıb.