Burkina-Faso prezidenti saxlanıldı
    • 24-01-2022, 13:18
    • 353

Burkina-Faso prezidenti saxlanıldı

Burkina-Faso prezidenti Mark Kabore üsyançı əsgərlər tərəfindən hərbi düşərgədə saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. 

Qeyd edək ki, bir müddət əvvəl Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində iki hərbi düşərgədə atışma səsləri eşidildiyi bildirilib.

Daha sonra mətbuatda ölkə prezidentinin saxlanılması ilə bağlı xəbərlər yayılsa da, Burkina Faso Müdafiə Nazirliyi bunları təkzib edib.

Həmçinin bu gün Burkina-Faso prezidenti Roşe Mark Kaborenin ailəsinin ölkəni tərk etdiyini bildirib.