Ötən il 10 mindən çox şəxsə Amnistiya tətbiq edilib
    • 24-01-2022, 11:51
    • 705

Ötən il 10 mindən çox şəxsə Amnistiya tətbiq edilib

Ötən il ərzində 10 min 943 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.

News24.az-ın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

O bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.