-
- 24-01-2022, 12:29
- 3 073
Bu özəl xəstəxanalar vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.
News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib.
Müqavilə imzalanan tibb müəssisələrinin siyahısını təqdim edirik:
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
14. Leyla Medical Center
15. Badam Medical Center
16. Lor Hospital
17. Məlhəm Beynəlxalq Hospital
18. “OKİ” Özəl Tibbi Müalicəxanası
19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)
20. Oksigen Klinik Xəstəxanası
21. Diaqnoz Tibb Mərkəzi
22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət
23. Mediland Hospital
24. Medera Hospital
25. Stimul Hospital
26. Medistyle Hospital
27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət
28. “Citolab” MMC
29. “ANES” MMC
30. “Salam Doktor” MMC
31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
32. İstanbul NS klinikası MMC
33. “Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət
34. “ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL)
Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. /Report.az/