“Dönməsəm xatirəm qalsın” - FOTOLAR
    • 24-01-2022, 17:42
    • 758

“Dönməsəm xatirəm qalsın” - FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş “Dönməsəm xatirəm qalsın” adlı tədbir keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu özündə əks etdirən "Mən Əliyəm" adlı kitab geniş ictimaiyyətə təqdim olunub. 

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu elan olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub. 

İctimaiyyət nümayəndələrinin və KİV əməkdaşlarının qatıldığı tədbirdə "Kimdir Əlihüseyn" adlı videoçarx nümayiş edilib. 

Daha sonra Zəfər marşı sədaları altında Vətən Müharibəsi qazisi Elnur Ələkbərovun Azərbaycan bayrağı ilə birgə səhnəyə gəlişi, eyni zamanda şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədovanın oğlu ilə hazırlanmış dialoq videoçarxı və şəhid anasının qonaqlara müraciəti tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.