Azərbaycan təmsilçisi "Eurovision-2022"də II yarımfinalda çıxış edəcək
    • 25-01-2022, 18:09
    • 793

Azərbaycan təmsilçisi "Eurovision-2022"də II yarımfinalda çıxış edəcək

“Eurovision - 2022” Mahnı Müsabiqəsinin yarımfinal və final mərhələsinin vaxtları açıqlanıb.

News24.az "Eurovision.tv"-yə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 12 may tarixində ikinci yarımfinal mərhələsində çıxış edəcək.

Birinci final mərhələsi mayın 10-da baş tutacaq.

“Eurovision-2022”nin final mərhələsi isə mayın 14-də Turin şəhərində keçiriləcək.