Bakıda çantalar oğurlayan şəxs TUTULDU
    • 26-01-2022, 10:15
    • 365

Bakıda çantalar oğurlayan şəxs TUTULDU

Bakıda çantalar oğurlayan şəxs tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yanvarın 22-də Bakı şəhər sakini M.Seyidova məxsus içərisində 2 500 manat dəyərində 2 ədəd mobil telefon və Oğuz rayon sakini R.Səmədova məxsus içərisində 600 manat dəyərində adapter, yaddaş kartı və poverbank olan çantaların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.