Restorandan 3500 manatlıq palto oğurladı
    • 3-12-2021, 12:24
    • 429

Restorandan 3500 manatlıq palto oğurladı

Bakıda restoranda oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3 500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini L.Süleymanova müəyyən edilərək saxlanılıb