Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisinin ölüm səbəbi AÇIQLANDI
    • 26-01-2022, 12:56
    • 2 929

Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisinin ölüm səbəbi AÇIQLANDI

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirovun ötən gün idman zalında məşq edərkən vəfat etməsi barədə xəbər vermişdik.

News24.az
-ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 16:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Excelsior” hotelin idman zalında baş verib. 1958-ci il təvəllüdlü Qədirov Tərlan Azər oğlu məşq edərkən halı qəfil pisləşib və vəfat edib.

Həkimlər dərhal oraya gəlsə də artıq gec olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, T.Qədirov uzun müddət ürək-damar və şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl o, ürəyindən cərrahiyə əməliyyatı olunub. Ölüm faktının da ürəkdə qəfil baş vermiş problem səbəbindən baş verdiyi bildirilib.

Allah rəhmət etsin!