“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizləndi
    • 29-01-2022, 15:51
    • 1 052

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizləndi

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

News24.az İqtisadiyyat Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.