Prezident Cəbrayılda sənaye parkının yaradılmasına vəsait ayırdı
    • 4-10-2021, 14:25
    • 1 102

Prezident Cəbrayılda sənaye parkının yaradılmasına vəsait ayırdı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" fərmanda öz əksini tapıb.