İlham Əliyev: "Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib"
    • 30-01-2022, 17:00
    • 390

İlham Əliyev: "Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib"

"Azərbaycan yekdilliklə Qoşulmama Hərəkatının sədri seçilib, bu da çox əlamətdar amildir".

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

"Bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və bu ölkələrin bəziləri arasında münasibətlər, yumşaq desək, gərgindir. Lakin bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib", - Dövlət başçısı qeyd edib.