-
- 31-01-2022, 15:17
- 448
"Vaksinlər yoluxma sayına ciddi TƏSİR ETMİR" - İnfeksionist
“Uzunmüddətli qapanmalar insanlara hərtərəfli neqativ təsir edir. Qapanmalar həm də ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Bu baxımdan bütün dünya ölkələri, həmçinin Azərbaycan qapanmalara getmədən vəziyyətdən çıxış yollarını axtarır, tətbiq edir. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək qısaldılması da bu istiqamətdə atılan addımlardan biridir. İnsanlar işlərinə, təhsilinə qayıtmalıdır. Biz bu virusla yaşamağa alışmalıyıq”.
Bunu News24.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
Ekspert bildirib ki, 7 gün xəstəliyi daha çox yüngül keçirən şəxslərin – assimptomatiklərin sağalmasına kifayət edir: “Xəstəliyi ağır keçirən şəxslər isə sahə poliklinikaları ilə danışaraq xəstəlikdən sağalma müddətlərini uzada bilirlər. Vaksinlər isə yoluxma sayına ciddi təsir etmir, sadəcə olaraq xəstəliyin ağırlaşmasının qarşısını alır”.