Təkböyrəkli və təkağciyərli şəxslərə hansı halda VAKSİN OLMAZ? – İnfeksionist AÇIQLADI
    • 1-09-2021, 15:59
    • 513

Təkböyrəkli və təkağciyərli şəxslərə hansı halda VAKSİN OLMAZ? – İnfeksionist AÇIQLADI

"Tək böyrək və tək ağciyərlə yaşayan şəxslərin orqanizmində hər hansısa kəskin iltihabi proses getmirsə, həmin orqanların funksiyasında pozulma yoxdursa, vaksinasiya olunmaları məqsədəuyğundur". 

Bunu News24.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, tək böyrəkli və tək ağciyərli şəxslərin orqanlarında kəskin bir proses müşahidə edilərsə, onlar təcili şəkildə müalicə olunmalıdırlar: “Sağalma baş verdikdən sonra həmin şəxslər vaksinasiyadan keçə bilərlər. Çünki bu ştamm daha çox ağciyərləri zədələyir. Həmçinin “Delta” ştammında böyrəklərin zədələnməsinə tez-tez şahid oluruq. Tək böyrəkli və tək ağciyərli şəxslər xəstəliyin ağır gedişinə görə risk qrupuna daxil olduqları üçün əks göstəriş olmadığı təqdirdə vaksinasiyadan keçmələri mütləqdir”.