Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı
    • 31-01-2022, 16:30
    • 521

Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı

Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb.

News24.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.