-
- 2-02-2022, 13:20
- 503
Dağıstan turu "Qırmızı kitab"a düşə bilər
"Dağıstan turunun "Qırmızı kitab"a salına bilər".
News24.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O qeyd edib ki, son iki ov mövsümündə bu növün ovlanmasına qadağa qoyulub: "Hazırda Dağıstan turları sayılır. Böyük ehtimal ki, həmin növlərin sayında azalma müşahidə olunur. Növlərin sayının az olması miqrasiya ilə əlaqəlidir. Yekun nəticələr barədə yaxın zamanlarda ictimaiyyətə geniş məlumat veriləcək.
İndiki ov mövsümündə həmin növlərin nə əcnəbilər, nə də yerli ovçular tərəfindən vurulması faktı qeydə alınmayıb".