Güclü külək İran bayrağını Azərbaycan ərazisinə düşürdü - FOTO
    • 2-02-2022, 17:00
    • 331

Güclü külək İran bayrağını Azərbaycan ərazisinə düşürdü - FOTO

Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlan­ıb.

İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.