Həmyerlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi
    • 3-02-2022, 14:04
    • 467

Həmyerlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

Salyanda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə News24.az-a rayon prokurorluğuna göndərilib.

Bildirilib ki, 2021-ci il noyabrın 23-də Salyan rayon sakini Səbuhi Qasımovun öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan Rayon Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı əvvəlcədən özü ilə gətirdiyi bıçaqla Səbuhi Qasımovun ölümünə səbəb olan müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Nəzirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.