-
- 4-02-2022, 14:47
- 423
Azərbaycanda dəhşətli hadisə: 4 ay komada qalan şəxs öldü
Ötən ilin 27 aprel tarixində səhər saat 08:30 radələrində Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində ağır yol qəzası törədən 1962-ci il təvəllüdlü Əli Əliyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, işin araşdırılması zamanı məlum olub ki, Ə.Əliyev Bərdə-Ağdam yolunun kənddən keçən hissəsində idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanan “Vaz 2107”ni və onun yanında dayanan sürücü Tural Bədəlovu vurub. Zərbənin gücündən bir neçə metr aralı düşən Tural ağır xəsarət alıb və koma halında xəstəxanaya çatdırılıb. Aprel ayından avqustun ayına kimi komada qalan Turalın vəziyyəti yaxşılaşmadığından o, rayonun Xəsili kəndində yerləşən evinə aparılıb və avqustun 14-də komadan ayılmayaraq vəfat edib.
O da məlum olub ki, hadisə vaxtı Tural Bədəlov Mingəçevirdə qohumlarının yasına getmək üçün digə qohumlarını götürmək məqsədilə Dəymədağlı kəndinə gəlib və maşını həmin şəxsin evinin qarşısında saxlayıb. Bu zaman saatda 50-60 kilometr sürətlə hərəkət edən “Opel” maşından düşüb gözləyən şəxsi və avtomobilini vurub.
Məhkəmədə mərhumun ailə üzvləri hadisəni törədən şəxsin 6 min manat maddi zərərə görə ödədiyini bildiriblər. Lakin onlar qəzanı törədən sürücü ilə barışmadıqlarını və onu bağışlamadıqlarını qeyd ediblər.
Bərdə rayon Məhkəməsi təqsirləndirilən şəxsin 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə həbs edilməsinə qərar verib. İstintaq müddətində polisin nəzarətində olan Əli Əliyev məhkəmə zalındaca həbs edilib.