Bakıda öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 5-02-2022, 12:45
    • 1 929

Bakıda öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası ilə bağlı RƏSMİ AÇIQLAMA

4 yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə bağlı uşağın atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzab vermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.

Əzabvermə xüsüsatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.