Azərbaycanda ana azyaşlı övladını şişlə yandırdı- Cinayət işi açıldı
    • 12-02-2020, 09:55
    • 976

Azərbaycanda ana azyaşlı övladını şişlə yandırdı- Cinayət işi açıldı

Tərtərdə ana azyaşlı övladını yandırıb.

News24.az-ın xəbərinə görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb. Uşağın atası polisə müraciət edib. 

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.