Bakıda qız atasından şikayət edib CİNAYƏT İŞİ AÇDIRDI
    • 6-11-2019, 10:11
    • 900

Bakıda qız atasından şikayət edib CİNAYƏT İŞİ AÇDIRDI

Bakıda qızın atası tərəfindən döyülməsi faktına görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Qaradağ rayon sakini olan Aysun Kərimli (ad şərti) polisə müraciət edərək atası Yedigar Kərimov tərəfindən döyüldüyünü deyib. Bundan sonra qızın xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və onun həqiqətən də atası tərəfindən döyülməsi təsdiqlənib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə iş açılıb.