-
- 8-02-2022, 10:17
- 526
Koronavirusa görə bağlanan bu məktəblər YENİDƏN AÇILDI
Paytaxtdakı 100 və 102 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda deyilir.