Hərbi Akademiyada NATO təlimi keçirilir - FOTO
    • 8-02-2022, 17:00
    • 546

Hərbi Akademiyada NATO təlimi keçirilir - FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.
Təlim kursu fevralın 11-dək davam edəcək.