İlan vuran məşhur sehrbaz Arefdən xəbər var
    • 17-07-2018, 14:27
    • 2 451

İlan vuran məşhur sehrbaz Arefdən xəbər var

Məşhur illüziyaçı Aref Qafurini Antalyada tamaşa göstərərkən kobra ilanı sancıb.

 Onu sancan ilanın həddən artıq zəhərli olması və Türkiyədə serum tapılmadığı üçün məşhur illüziyaçı müalicə üçün dünən axşam saatlarında Misirə aparılıb.

 Qahirədə "Qasr El Eyni" Hospitalında  müalicə alan Arefə 24  ədəd ilan zəhəri əleyhinə serum vurulacağı bildirilib. Adətən ilan vurmuş insanlara 15 ədəd serum vurulduğu halda Arefə bu qədər çox serum yeridilməsini həkimlər zəhərin çox güclü olması və onun sağ qolunu hiss etməməsi ilə əlaqələndiriblər.

 Xatırladaq ki, Aref Qafuri  bir zaman evində pələng və zəhərli ilanlar saxladığına görə cərimələnib və ev heyvanları  ondan alınaraq heyvanat parkına bağışlanılıb.

 İlhamə