-
- 11-02-2022, 17:40
- 416
Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının təsisçilərindən biri olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində yerləşən qərargahında Korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə üzrə işçi altqrupunun 22-ci iclası keçirilmişdir.
News24.az xəbər verir ki, Ölkəmizin təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Toğrul Hüseynzadə, Baş İdarənin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Murad Əzimov və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Bəhlul Yaqubov da iştirak etmişlər.
Tədbirdə korrupsiya və çirki pulların yuyulmasına qarşı mübarizənin təmin olunmasında normativ-hüquqi və institusional dəyişikliklərə dair qarşılıqlı fikir mübadiləsi aparılaraq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, həmin vəsaitlərin köçürüldüyü hesabların müəyyən edilməsi, eləcə də bu növ cinayətlərin törədilməsində elektron ödəniş sistemləri və elektron pul vahidlərindən istifadənin qarşısının alınması istiqamətində hər bir ölkənin əldə etdiyi müsbət iş təcrübəsi və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin köçürüldüyü hesabların aşkar edilməsi ilə əlaqədar qarşılıqlı yardımın göstərilməsi məsələləri müzakirə olunmuşdur.
Nümayəndələrimiz ölkəmizdə hüquq sahəsində həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi kimi digər cinayətlərlə yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, anti-korrupsiya qanunvericiliyi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin və digər əmlakların aşkar edilməsinə yönəlmiş istintaq və əməliyyat-axtarış tədbirləri barədə məlumat verərək, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.