Masallıda avtomobil aşıb, - XƏSARƏT ALANLAR VAR
Hadisə
Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə Yardımlı-Masallı yolunun “İsti-su” sanatoriyasının yaxınlığında baş verib.
Belə ki, "UAZ" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri - 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır. /Report.az/