Ağsu sakini intihar etdi
    • 14-02-2022, 09:57
    • 373

Ağsu sakini intihar etdi

Ağsuda 53 yaşlı kişi intihar edib.

News24.az xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Qubatov Siyavuş Vəzir oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/