Kürdəmir sakini intihar edib
    • 19-12-2020, 11:46
    • 615

Kürdəmir sakini intihar edib

Kürdəmirdə intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini 42 yaşlı Məmmədov Qalib Abdulhəmid oğlu işlədiyi qəssabxananın yanındakı yarımtikilidə özünü asaraq intihar edib. Meyiti müayinə etmək üçün onu Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparıblar. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.