Münasibətdə olduğu 13 yaşlı qızla birgə yoxa çıxdı - AZƏRBAYCANDA ŞOK HADİSƏ
    • 15-02-2022, 12:27
    • 1 070

Münasibətdə olduğu 13 yaşlı qızla birgə yoxa çıxdı - AZƏRBAYCANDA ŞOK HADİSƏ

Azərbaycanda 13 yaşlı qızla cinsi əlaqəyə girən Ağcabədi rayon sakini, 2001-ci il təvəllüdlü Abbasəli Abbasov barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Bərdə rayonunun Samux kəndində yerləşən fermada ailə üzvləri ilə birgə yaşayan 21 yaşlı oğlan onlara qonaq gəlmiş 2009-cu il təvəllüdlü Nərminlə (şərti adlı)qızın razılığı ilə cinsi əlaqəyə girib və bakirəliyini pozub.

Belə ki, ötən ilin 15 avqust tarixində Abbasəli yaşadığı fermanın həyətindəki vaqonda yeniyetmə qızın razılığı ilə onunla cinsi əlaqədə olub. 21 yaşlı oğlanla yeniyetmə qız bu yolla valideynlərinin onların evlənməsinə razı sala biləcəklərini düşünüblər. Qızın 16 yaşına çatdığını düşünən Abbasəli daha sonra onunla birgə evdən qaçıb. Onlar bir neçə gün Şəkidə, Yevlaxda və sair yerlərə getsələr də, 18 avqust tarixində polis tərəfindən saxlanılıblar və Abbasəli Abbasov barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Məhkəmədə təqsirləndirilən şəxs Nərminin ona 16 yaşının tamam olduğunu dediyini, onların evlənmək istədiyini, qızı sevdiyini deyib və əməlindən peşman olduğunu bildirib.

O, ifadəsində hadisə barədə bunları deyib: “Bərdədə yerləşən fermada çoban işləmişəm. Nərminlə hadisədən təxminən 3-4 ay əvvəl tanış olmuşam və telefonda danışırdıq. Onun anası ilə mənim anam əvvəllər eyni fermada çalışıb, buna görə Nərminin ailəsini tanıyırdım. 14 avqustda bacımın ad günü ilə əlaqədar onları bizə qonaq dəvət etmişdik. 13 avqust 2021-ci il tarixdə Nərmin, anası və ögey atası ilə birgə bizə gəldilər. Ancaq həmin gün atası ilə anası işləri olduğu üçün Nərmini bizdə qoyub getdilər. Nərmin bizim evdə qaldığı günlərdə onunla söhbətləşib, onu sevdiyimi və evlənmək istədiyimi demişdim”.

Abbasəli bildirib ki, Nərminlə evlənmək prosesini sürətləndirmək üçün onunla razılaşaraq gecə fermann həyətində yerləşən vaqonda cinsi əlaqədə olmağa razılaşıblar. Gecə 2-də onlar vaqonda olarkən anası içəri daxil olub və baş verənlərdən xəbər tutub. Anasının onu danladığını görən Abbasəli səhəri günü qızı götürərək evdən qaçıb. Onlar birgə Şəkidə Abbasəlinin qardaşının işlədiyi fermaya gedib. Lakin ferma sahibi Abbasəlinin qızla gəldiyini görərək onları qovub. Pulsuz qalan cütlük  Yevlaxa piyada getmək məcburiyyətində qalıb və onlar Yevlaxa bacısıgilə gediblər. Orada yemək yeyib çay içdikdən sonra Yevlaxdan Zərdaba getmək qərarına gəliblər. Mindikləri avtobusdan Ucara kimi gedən Abbasəli ilə Nərmin oradan Zərdaba tanışnın işlədiyi fermaya piyada gediblər. Oraya çatdıqda Abbasəlinin tanışı Şücaət 1 gün əvvəl polislərin gəlib onları axtardığını bildirib. Bundan sonra fermaya gələn polis əməkdaşları Abbasəli ilə Nərmini şöbəyə aparıb.

Məhkəmədə 2009-cu il təvəllüdlü Nərmin Xəlilova (şərti ad soyadlı) Abbasəli ilə öz razılığı ilə cinsi əlaqədə olduğunu, ondan şikayətçi olmadığını deyib.

Abbasəli də məhkəmədə ona yüngül cəza təyin etməsini xahiş edib.

Bərdə rayon Məhkəməsi yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan 2001-ci il təvəllüdlü Abbasəli Abbasova Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onun cəzasının çəkmə müddətinin əvvəlinin 25.avqust. 2021-ci ildən hesablanmasına qərar verilib.