BDU müraciət etdi - Bu şəxslərdən...
    • 15-02-2022, 14:42
    • 443

BDU müraciət etdi - Bu şəxslərdən...

Bakı Dövlət Universiteti tələbələr və işçi heyətinə müraciət edib.

News24.az xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişikliyə əsasən, 2022-ci il 15 fevral tarixindən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan tələbələrin, həmçinin əməkdaşların 3-cü doza peyvənd sertifikatının və ya immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı əks-göstəriş sertifikatının olması tələb edilir".